Media orqanları ChatGPT-ni məhkəməyə verdi 

Baş səhifə

ABŞ-də fəaliyyət göstərən və təxminən 400 yerli qəzetə sahib olan nəşriyyat koalisiyası OpenAI və Microsoft-a qarşı məhkəmə iddiası qaldırıb.

Modern.az xəbər verir ki, nəşriyyatlar iddia edirlər ki, süni intellekt şirkətləri onların minlərlə məqaləsindən icazəsiz istifadə edərək ChatGPT və Microsoft Copilot kimi sistemləri öyrədib.

İddiaçılar arasında ABŞ-nin müxtəlif bölgələrindən tanınmış yerli nəşrlər, o cümlədən Arkansas Democrat-Gazette, New York Amsterdam News, Newspapers of New England, Ogden Newspapers və Straus Newspapers yer alır. Nəşriyyatlar hesab edirlər ki, onların məzmununun icazəsiz istifadəsi onsuz da maliyyə çətinlikləri yaşayan yerli medianın fəaliyyətinə ciddi zərbə vurur və bu, “yerli jurnalistika üçün ölüm hökmü” ola bilər.

İddiaçılar OpenAI və Microsoft-dan qanunla müəyyən edilmiş kompensasiya, faktiki zərərlərin ödənilməsi, əldə olunan gəlirlərin qaytarılması və hüquqi xərclərin qarşılanmasını tələb edirlər. Bu, OpenAI-a qarşı açılan ilk müəllif hüquqları iddiası deyil. Şirkət daha əvvəl The New York Times, Encyclopaedia Britannica və digər müəllif və media qurumları tərəfindən də məhkəməyə verilmişdi.

OpenAI isə indiyədək açıq internetdə yerləşən məzmunların süni intellekt modellərinin təlimində istifadəsinin “ədalətli istifadə” (fair use) prinsipi çərçivəsində olduğunu müdafiə edir. Məhkəmənin qərarı süni intellekt şirkətlərinin müəllif hüquqları ilə qorunan məzmunlardan istifadə qaydalarına və media sənayesinin gələcəyinə ciddi təsir göstərə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir