
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub
edib.
Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə
vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay
Havertz (54) fərqləniblər.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər
seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib
gəlib.
Paraqvay millisi 1/8 finalda Fransa – İsveç cütlüyünün qalibi
ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.

