Mərakeş millisi Niderlandı məğlub edib – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya
çempionatında növbəti sensasiya qeydə alınıb.

1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması
məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa
təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan
isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib.




Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər
seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq
(3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu
komanda növbəti mərhələdə Fransa – İsveç cütünün qalibi ilə
qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi
Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə
Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir