
Bakı. Trend:
ADA Universitetinin Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi IX Beynəlxalq
Təhsil Konfransı Bakıda işə başlayıb.
Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, konfrans “Pedaqoji
transformasiya dövründə tədris və təlim” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində süni intellektin inkişafı, milli inkişaf
prioritetləri, əmək bazarının yeni tələbləri və müasir təhsil
ekosisteminin formalaşdırılması ilə bağlı aktual məsələlər müzakirə
olunacaq.
Xəbər yenilənir.

