Emin Əmrullayev: MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51-dir

Baş səhifə

MİQ prosesi daha savadlı müəllimlərin işə qəbuluna imkan yaradır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə işə qəbul olunan müəllimlərin fənn bilikləri daha yüksəkdir.

O qeyd edib ki, MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı isə 42 olub: “Əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub – keçid faizi – 99% təşkil edib. Onların 62%-i sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib. Nəticə etibarı ilə MİQ-lə daha savadlı müəllimlər gəlir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir