
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 10:00 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan “VAZ-2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra Yuxarı Şirvan kanalına düşüb. Hazırda kanala düşən maşının çıxarılması istiqamətində FHN-nin əməkdaşları tərəfindən işlər görülür.
Hadisə yerinə Hüquq Mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
“KİA” markalı avtomobilin sürücüsü hadisə anını Metbuat.az-a danışıb. Həmin görüntüləri təqdim edirik:
Davud Tarverdiyev / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

