Azərbaycanda media sahəsində vahid kollegial qurum yaradılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq.

Trend-in
iclasdakı müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə olunan “Media haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini
və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda
media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid
zərurəti yaranıb.

Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual
media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas
sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.




Bu baxımdan qanun layihəsində vahid qurumun – Media və Yayım
Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media
haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə
modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma
münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv
mexanizm kimi təqdim olunur.

“Media haqqında” Qanunda təklif olunan dəyişikliklər daxili
informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli
medianın inkişafına təkan verməyə şərait yaradacaq.

Bütövlükdə təqdim olunan qanun layihəsi media sahəsində normativ
tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin
gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq
standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
ikinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir