Türkiyə F-35 üçün S-400-ü sata bilər

Baş səhifə

Bakı. Trend:

Ankara ABŞ-nin F-35 qırıcı təyyarələri proqramına qayıtmaq üçün
Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü
bir ölkəyə sata bilər.

Xarici media yazır ki, F-35 qırıcı təyyarəsi məsələsində
irəliləyiş Türkiyənin S-400 sistemləri ilə bağlı mövqeyindən
asılıdır. Xüsusən də, S-400-lərin Rusiyaya qaytarılmasındansa,
üçüncü bir ölkəyə satılması ilə bağlı razılaşmalar proqrama
qayaıdışda həlledici ola bilər.

Seçimlər arasında Cənubi Koreya var.




ABŞ Türkiyəni 2019-cu ildə müqavilə çərçivəsində Rusiyadan S-400
hava hücumundan müdafiə sistemləri aldıqdan sonra F-35 qırıcı
təyyarələri proqramından çıxarıb.

Vaşinqton S-400-ün NATO sistemləri ilə uyğunsuz olduğunu qeyd
edib, həmçinin S-400 və F-35 qırıcılarının birgə istifadəsi ilə
Rusiyanın qırıcıların radar imzası və xüsusiyyətləri haqqında
məlumatlara çıxış əldə edə biləcəyi ilə bağlı narahatlıqlarını
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir