İtaliya klubu futbolçusu üçün 80 milyon avro tələb edir

Baş səhifə

Bakı. Trend:

“Komo”nun yarımmüdafiəçisi Martin Baturina karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

“Tottenhem” xorvatiyalı futbolçunu transfer etmək istəyir.




İtaliya klubu Baturinə üçün 80 milyon avro tələb edir. 23 yaşlı
hücumameyilli yarımmüdafiəçi ilə “Bavariya” və “Aston Villa” da
yaxından maraqlanır.

Qeyd edək ki, “Komo” Martin Baturinanı 2025-ci ilin yayında
Zaqreb “Dinamo”sundan 18 milyon avroya transfer edib. Xorvatiya
millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı
34 rəmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir