
Bakı. Trend:
Perunun mühafizəkar Xalq Qüvvəsi partiyasının lideri Keiko
Fujimori ikinci turda səslərin hesablanmasına görə, prezident
seçkilərində qalib gəlib.
Bu barədə Perunun Milli Seçki Orqanı məlumat yayıb.
Fujimori 7 iyunda keçirilən ikinci turda səslərin 50,135%-ni,
solçu “Peru üçün Birlikdə” partiyasının namizədi Roberto Sançes isə
49,865%-ni toplamışdı.
“Bülletenlərin 100%-i emal olunub. Bütün perulular üçün nizam və
ümid yoluna qədəm qoymağa yaxınlaşırıq”, – Fujimori sosial media
platforması X-də seçkilərin nəticələri ilə bağlı şərh verib.
Milli seçki münsiflər heyəti Fujimorini iyulun 3-də rəsmi olaraq
qalib elan edəcək.
Keiko Fujimorinin 51 yaşı var. O, Perunun keçmiş prezidenti
Alberto Fujimorinin qızıdır.
Keiko Fujimorinin andiçmə mərasimi iyulun 28-də keçiriləcək. O,
Perunun beş illik müddətə seçilən ilk qadın prezidenti olacaq.
Sançez əvvəllər Fujimori hökumətini tanımayacağını bildirmiş və
səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdi.

