
Bakı. Trend:
Göyçayda polis əməkdaşları “Xaş-xaş-2026” şərti adlı kompleks
tədbirlər həyata keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.
“Tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən
narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv
edilib”, – deyə Mətbuat Xidmətinin məlumatında qeyd olunur.

