
Bakı. Trend:
Avropa Komissiyası 1 iyuldan etibarən Avropa İttifaqına rüsumsuz
polad idxalının daha da məhdudlaşdıracağını açıqlayıb.
Yeni qaydalar bu həcmlərin 47% azaldılmasını, ildə 18,3 milyon
tona endirilməsini nəzərd tutur və Avropa İqtisadi Bölgəsinə (AİB)
daxil olan ölkələrə şamil edilmir. Kvotadan artıq olan 26
kateqoriyalı polad məhsulunun idxalına 50% rüsum tətbiq
olunacaq.
Kvotanın yarısı Aİ ilə sərbəst ticarət sazişləri (FTA) bağlamış
ölkələrə, digər yarısı isə FTA iştirakçıları da daxil olmaqla bütün
ticarət tərəfdaşlarına aiddir. Birinci yarımil ərzində fərdi ölkə
kvotaları 2022-2024-cü illərdə idxalının orta payı ən azı 5%-ni
təşkil edən tərəfdaşlara tətbiq olunacaq.
AİB ölkələrindən olan şirkətlər polad istehsalı prosesinin
harada baş verdiyi barədə məlumat verməlidirlər.
Aİ qlobal istehsal gücü həddindən artıq olması və bir çox
ölkənin bazarlarını idxala bağlaması qarşısında Avropa polad
sənayesini qorumaq üçün yeni tədbirlər tətbiq etdiyini bildirir. Bu
tədbirlər, çox vaxt tariflər vasitəsilə həyata keçirilir.

