
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsinin doğum hüququ
ilə vətəndaşlıq hüquqlarını məhdudlaşdıran qərarını ləğv etmək
qərarını “Çinin qələbəsi” adlandırıb.
Bu barədə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində
yazıb.
“Mən Çin Xalq Respublikasının Sədri Si Cinpini və böyük Çin
dövlətini doğum hüququ əsasında vətəndaşlıq məsələsində
qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik etmək istərdim”, –
deyə o bildirib.
Başqa bir paylaşımda o, Ali Məhkəmənin qərarından məyus olduğunu
bildirib və Konqresi qanunvericilik yolu ilə bu müddəanı ləğv
etməyə çağırıb.
Bundan əvvəl Tramp dəfələrlə fərmanını belə əsaslandırmışdı ki,
doğum yerinə görə vətəndaşlıq hüququnu nəzərdə tutan norma ilkin
olaraq “qulların övladları və onların müdafiəsi üçün nəzərdə
tutulmuşdu”. “Bu, Çindən və ya digər ölkələrdən olan milyarderlər
üçün deyil”, – deyə o vurğulamışdı.

