
Bakı. Trend:
Norveç milli komandasının futbolçuları dünya çempionatının 1/16
final mərhələsinin oyununda Kot-d’İvuar yığmasını 2:1 hesabı ilə
məğlub ediblər. Qarşılaşma ABŞ-nin Texas ştatının Arlinqton
şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Antonio Nusa (39-cu dəqiqə)
və Erlinq Holand (86) vurublar. Məğlub komandada isə Amad Diallo
(74) fərqlənib.
Norveç yığması 1/8 finalda Braziliya millisi ilə
qarşılaşacaq.

