
Bakı. Trend:
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza
Arbura təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Hörmətli xanım General-Qubernator,
Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş
arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr
xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı
hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah
arzulayıram”.

