Belçikada yaşayış binasında yanğın olub, ölənlər var

Baş səhifə

Belçikada 10 mərtəbəli yaşayış binasında yanğın baş verib.

“Daily Mail”in xəbərinə görə, hadisə Antverpen şəhərinin Linkeroever bölgəsində qeydə alınıb.

200 sakinin yaşadığı binanın 8-ci mərtəbəsində baş verən yanğında ölənlər və yaralananların olduğu bildirilib.

Yanğının baş vermə səbəbi və insan tələfatının sayı ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir