İspaniyada avtobus binaya çırpılıb, 46 nəfər xəsarət alıb

Baş səhifə

İspaniyanın Kataloniya bölgəsində Leyda şəhərində sərnişin avtobusu binaya çırpılıb, qəza nəticəsində 46 nəfər xəsarət alıb.

“El Pais”in xəbərinə görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti ağır, 9-nün vəziyyəti isə orta ağırdır.

Hələlik məlum olmayan səbəbdən içərisində 55 sərnişinin olduğu avtobus şəhərin mərkəzində Leyda Əyalət binasının fasadına çırpılıb.

Şəhər meri Feliks Larrosa bildirib ki, bu, Leyda şəhərində baş vermiş ən ağır yol qəzasıdır.

Onun sözlərinə görə, avtobus şəhərlərarası marşrut üzrə hərəkət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir