XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xalq Bankın təqdim etdiyi XalqKart
Cashback
Petrol
kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı.

1 iyuldan etibarən XalqKartda olan 300 AZN-dən 20 000 AZN-dək
qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir
qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər XalqKartda
vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi
kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək
qüvvədədir.

Qeyd edək ki, 31 dekabradək 3 illik XalqKart Petrol və XalqKart
Cashback kartları pulsuz təqdim edilir. XalqKart Petrol kartı ilə
müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız
ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM
şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə
nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər
iki kartda müxtəlif üstünlüklər mövcuddur:

– AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir;

– ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız
köçürmə;




– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

– onlayn sifariş və pulsuz çatdırılma.

Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/
səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı
ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az//
rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir