
Bakı. Trend:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında
Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə
qrant müsabiqəsi elan edir.
Bu barədə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair
sənədlərin qəbuluna 2026-cı il iyul ayının 1-də başlanacaq.
Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan
Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin
qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək
üzrə Dövlət Fondu aparacaq. Azərbaycan QHT-ləri layihələrini
Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir.
Müraciət üçün son tarix 30 iyul 2026-cı ildir. Sənəd qəbulu
bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair
sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və
qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.
Müsabiqə Azərbaycan və Özbəkistanın müvafiq yerli qanunvericiliyinə
uyğun aparılır. Azərbaycan Respublikası üzrə müsabiqə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188
nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq təşkil
edilir.
Müsabiqədə iştirak qaydaları Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan
Respublikasının Ali Məclisi yanında Dövlət Fondunun vəsaitlərinin
idarə olunması üzrə Parlament Komissiyası ilə arasında imzalanmış
Əməkdaşlıq Memorandumu və Əlavə Saziş əsasında tərtib olunub:
- Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı
həddi 30000 manatadək - Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin aşağı
həddi 30000 manat, yuxarı həddi 40000 manat
Müsabiqə aşağıdakı mövzulardadır:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22
iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq
olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
- layihə təklifi;
- layihənin icra planı;
- layihənin xərclər smetası;
- layihənin büdcəsinin maliyyə əsaslandırılması;
- QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi
şəxslərin dövlət reyestrindən çıxarışının surəti; - QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən
sənədin surəti; - maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə
məlumatlar; - böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş)
il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə
proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın
media subyektlərində yayılmasını təsdiq edən sənəd; - Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol
(nümunə əlavə olunur); - Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə
forması (nümunə əlavə olunur).
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan və Özbəkistan respublikalarının
Konstitusiyaları, Azərbaycan və Özbəkistan respublikasının
qanunları və digər normativ hüquqi aktları, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188
nömrəli qərarla təsdiq edilmiş Qaydası ilə ziddiyyət təşkil edən
layihələr; - Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilmiş eyni məzmunlu layihələr; - Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan
Respublikasının donor qurumu tərəfindən müsabiqədə iştirak
hüququndan məhrum edilmiş və eləcə də donor qurum qarşısında
debitor borcu olan QHT-lərin layihələri.
Layihələrin qiymətləndirmə meyarları:
- layihənin məqsədinin aydınlığı;
- layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil
həllər təklif etməsi; - layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
- layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu;
- QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun
fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi; - layihə üzrə risklərin təhlili və səmərəli monitorinq
mexanizmi; - layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
- layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi
qurumlarla və media ilə əməkdaşlıq; - layihədən gözlənilən nəticələr;
- layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan
müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən
vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri,
konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi.
Texniki tələblər:
- Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında
(https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron
qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il 1 iyul-30 iyul
tarixlərində QHT Agentliyinin saytında aktiv olacaq); - Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə
təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected]

