Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrılıb

Baş səhifə

Bakı. Trend:

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrılıb.

Bu barədə o özü sosial media hesabında məlumat paylaşıb.




“Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə
xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin
səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə
mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı”, –
Elnur Hidayətoğlu paylaşımda bildirib.

Qeyd edək ki, o, 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə
İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş
Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə
iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə
TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət
göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir