İyunda dövlət sərhədini pozan 21 nəfər saxlanılıb – DSX

Baş səhifə

Bakı. Trend:

İyun ayında dövlət sərhədini pozduqlarına görə 21 nəfər
saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat
yayıb.

“2026-cı ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsi, qeyri-qanuni
miqrasiya, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam
etdirib.

Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 21 nəfər
saxlanılıb. Onlardan 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan,
6-sı isə Nigeriya vətəndaşı olub”, – deyə DSX-nin Mətbuat
Mərkəzindən bildirilib.




Qeyd edilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri
nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, həmçinin
özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8
nəfər saxlanılıb.

“Bundan başqa, sərhəd rejimi qaydalarını pozduqlarına görə 25
nəfər barəsində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə çərçivəsində hüquq-mühafizə
orqanları tərəfindən axtarışda olan 330 nəfər saxlanılaraq
aidiyyəti qurumlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan
edilmiş 825 nəfərin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan
olunmuş 32 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı
alınıb”,-deyə DSX-nin Mətbuat Mərkəzindən əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir