Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

Baş səhifə

Bakı. Trend:

Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında
394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında
bildirilib.

Bildirilib ki, tədiyə balansının cari əməliyyat balansında
profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin
getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi
meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd
seqmentlərdə müşahidə olunur.




Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi
1 milyard ABŞ dolları həcmində olmuşdur. Nəticədə, valyuta
bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının
idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında
Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin
əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.

Qeyd edilib ki, valyuta bazarından alınmış xarici valyutanın tam
və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda
formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi
məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

“Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta
bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam
etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq”, – məlumatda
vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir