
Bakı. Trend:
Sizin ölkəniz (Azərbaycan – red.) nadir ölkələrdəndir ki, o,
regional sabitliyi və inkişafı irəli apara bilər.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata
bəyanatında bildirib.
O qeyd edib ki, Azərbaycan özünün strateji əhəmiyyətini və
regional nüfuzunu artırır. Bu gün Azərbaycanla Avropa İttifaqı
bağlantı sahəsində də yüksəksəviyyəli dialoq həyata keçirir.

