BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Banqladeşin paytaxtı Dəkkə yaxınlığındakı Savar şəhərində “Yunus
Sosial Biznes Mərkəzi” və “Grameen” bankın birgə təşkilatçılığı ilə
“Sosial biznes: parçalanmış dünyada sülhün dili” adlı 2026-cı il
16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfrans
keçirilib.

“Grameen” bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı,
sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və
Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi
münasibətilə təşkil edilən konfransda dünyanın ən muxtəlif
ölkələrindən çoxsaylı qonaqlar iştirak edib. Hər il keçirilən
Sosial Biznes Günü professor Məhəmməd Yunusun təşəbbüsü ilə
formalaşmış qlobal platformalardan biridir və müxtəlif ölkələrdən
ictimai xadimləri, sosial biznes nümayəndələrini, akademikləri,
innovatorları, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir
araya gətirir.

Sözügedən beynəlxalq konfransında iştirak edən BAMF prezidenti
Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların
rolu” adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer
almışdır. O, öz çıxışında müasir texnologiyaların sosial təsir
imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların
dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə
maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ
yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı
bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə
iştirakı barədə də məlumat verib.




BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh
Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü baş tutub.
Özəl görüş və təşkil edilən birgə nahar zamanı BAMF və “Yunus
Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi,
sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların
sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə
təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər BAMF və “Yunus Mərkəzi” arasında
əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, UNEC-də fəaliyyət
göstərən “Yunus Sosial Biznes” mərkəzinin fəaliyyətinin inkişafı,
sosial biznes, icma inkişafı, gənclərin iştirakçılığı və humanitar
sahədə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa
gəliblər. Görüşdə BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Umutlu
da iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir