Rusiyanın “LUKOYL” neft emalı zavoduna endirilən zərbə nəticəsində güclü yanğın başlayıb

Baş səhifə

Ukrayna ordusu Rusiyanın Nijni Novqorod vilayətində yerləşən və “LUKOYL-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib, nəticədə güclü yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, həmçinin Müdafiə Qüvvələri Zaporojye vilayətində Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatları anbarını, Xarkov vilayətində komanda-müşahidə məntəqəsini, həmçinin Luqansk vilayətinin Stanitsa Luqanska rayonu yaxınlığında hərbi logistika məqsədilə istifadə olunan dəmir yolu körpüsünü də vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir