10 marşrutun hərəkət sxemi dəyişdirilib

Baş səhifə

Bakı. Trend:

10 marşrutun hərəkət sxemi dəyişdirilib

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat xidməti məlumat yayıb.

AYNA-nın Mətbuat xidmətindən bildirilib ki, Paytaxtın Xan
Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif
prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum
tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat
vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.




“Məhdudiyyət səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli müntəzəm
marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və
Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir”.

Agentliyin Mətbuat xidmətindən qeyd edilib ki, 3-5 iyul
tarixlərində isə Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy
Haqverdiyev küçəsi ilə kəsişməsindən Lev Landau küçəsi ilə
kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək.

“Bununla əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların
hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar
prospekti ilə təşkil ediləcək”,-deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir