Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub

Baş səhifə

İsveçdəki Rusiya səfirliyi dron hücumuna məruz qalıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın Stokholmadakı diplomatik missiyası məlumat yayıb.

Bildirilib ki, hücum edən dronlara saxta partlayıcı qurğu yerləşdirilib. Digər dron isə səfirliyin ərazisinə qırmızı boyalı qab atıb.

Səfirlik dron hücumunu diplomatik missiyanın işçilərini qorxutmaq cəhdi kimi qiymətləndirib.

Bildirilib ki, İsveçdəki Rusiya diplomatik missiyasına qarşı davam edən hücumlar və onların nəticələri üçün bütün məsuliyyət İsveç tərəfinin üzərinə düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir