Bakıda 177 eskalator yenilənəcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq payız
aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada
keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi
liftlər yenilənəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən
məlumata görə, bu işlər çərçivəsində bu sahədə dünyanın aparıcı
istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE”
şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı
olan eskalatorlar artıq sifarış olunub.

Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında
paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və
yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun
(pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli
yol) yenilənməsi nəzərdə tutulur.




Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta
gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə
başlanılacaq.

Sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif
ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə
ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti
sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi
nəzərdə tutulur.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında
olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir