Türkiyənin müdafiə sənayesi ixracı 10,9 milyard dollara çatıb 

Baş səhifə

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı son bir ildə 47,1 faiz artaraq 10,9 milyard dollara çatıb.

Modern.az xəbər verir ki, 2025-ci il iyunun 1-dən 2026-cı il mayın 31-dək olan dövr ərzində müdafiə sənayesi məhsullarının ixracı əvvəlki analoji dövrlə müqayisədə 3,5 milyard dollar artıb. Ötən hesabat dövründə bu göstərici 7,4 milyard dollar təşkil etmişdi.

Məlumata görə, NATO-ya üzv müttəfiq ölkələrə müdafiə məhsullarının ixracı 6,2 milyard dollara çatıb. Bu da sektorun ümumi ixracının 57,3 faizini təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir