
Bakıda müəmmalı ölüm hadisəsi baş verib.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1943-cü il təvəllüdlü İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

