Venesuelada 7 günlük milli matəm elan edilib

Baş səhifə

Bakı. Trend:

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlər zamanı
həlak olanların xatirəsinə ölkə üzrə 7 günlük milli matəm elan
olunub.

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra
edən Delsi Rodriqes sosial şəbəkə hesabında paylaşdığı açıqlamada
ölkənin baş verən təbii fəlakət səbəbindən dərin kədər içində
olduğunu bildirib.




“Bu gün yaxınlarını itirən ailələrin ağrısını bölüşür,
yaralananlar, itkin düşənlər və fəlakətdən zərər çəkən bütün
icmalar üçün dualar edirik. Həyatını itirənlərin xatirəsinə ehtiram
əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən qüvvəyə minəcək 7
günlük milli matəm elan edilməsi barədə qərar qəbul etdim. Bu ağır
günlərdə faciədən zərər çəkən hər kəsin yanında olduğumuzu bir daha
bəyan edir və onları qorumaq öhdəliyimizi təsdiqləyirik”, – deyə
Rodriqes vurğulayıb.

Yerli KİV-in məlumatına görə, zəlzələdən sonra 80 800-dən çox
ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə işlərinə 26
121 venesuelalı əməkdaş, müxtəlif ölkələrdən gəlmiş 3 660
xilasedici, 148 xüsusi təlim keçmiş axtarış iti və 49 texniki
vasitə cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir