Fon der Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula von der Lyayen iyulun 7-8-də
Ankarada keçiriləcək NATO Sammitində iştirak edəcək.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula
Pinho Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.




“Çərşənbə axşamı Avropa Komissiyasının sədri Türkiyənin Ankara
şəhərində olacaq. O, NATO sammitində iştirak edəcək və sammit
çərçivəsində keçiriləcək müdafiə sənayesi forumunda çıxış edəcək”,
– deyə Pinyo bildirib.

NATO sammitinin əsas mövzusu alyansa üzv Avropa ölkələrinin
hərbi xərclərinin artırılması olacaq. Brüssel rəsmiləri bu prosesdə
Avropa Komissiyasına mühüm rol ayırırlar. Komissiya Avropa
İttifaqının hərbiləşdirilməsi təşəbbüslərini dəstəkləməyi və
ittifaqın büdcəsini bu prioritetlərə uyğunlaşdırmağı
planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir