Messi dünya çempionatının oyununa yollanarkən gücləndirilmiş yoxlamadan keçib

Baş səhifə

Bakı. Trend:

Argentina millisinin futbolçuları və komandanın kapitanı Lionel
Messi dünya çempionatının 1/16 final oyunu üçün yola düşməzdən
əvvəl hava limanında gücləndirilmiş təhlükəsizlik yoxlaması ilə
üzləşiblər.

Bu barədə jurnalist Josh Chavis X sosial şəbəkəsindəki
paylaşımında məlumat verib.

Məlumata görə, yoxlama prosedurunun uzanması Argentina
millisinin əhval-ruhiyyəsinə təsir etməyib. Futbolçular metal
detektordan keçərkən zarafat edib və gülüblər.




Argentina milli futbol komandası dünya çempionatının 1/16 final
mərhələsində iyulun 4-nə keçən gecə Mayami şəhərində Kabo-Verde
milli futbol komandası ilə qarşılaşacaq.

Futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir.
İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa
çatacaq.

Argentina millisi hazırkı dünya çempionudur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir