ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyadakı irəli əməliyyat
bazası olan Fairford Hərbi Hava Bazasından bütün B-52H
Stratofortress strateji bombardmançılarını çıxarıb. Bu barədə The
War Zone məlumat yayıb.

Nəşrin məlumatına görə, son altı təyyarə üç təyyarədən ibarət
iki qrup halında Britaniyadakı bazanı tərk edərək ABŞ-dakı daimi
dislokasiya məntəqələrinə qayıdıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Fairford
bazasında 15 B-1B Lancer və səkkiz B-52H Stratofortress
bombardmançısı yerləşdirilmişdi. Onlardan İranın əsas obyektlərinə,
o cümlədən ballistik raketlərin və pilotsuz uçuş aparatlarının
saxlanıldığı və istehsal olunduğu mühafizə olunan məkanlara
zərbələr endirmək üçün istifadə olunub.




Hazırda Böyük Britaniyadakı bazada ABŞ-a məxsus B-1B Lancer
strateji bombardmançılarından ibarət qrup qalmaqda davam edir.

Bununla paralel olaraq, son beş ay ərzində İordaniyada
yerləşdirilən 15 ABŞ F-15E Strike Eagle qırıcısı Britaniyadakı RAF
Lakenheath aviabazasına geri qayıdıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir