
Bakı. Trend:
Türkiyənin paytaxtı İstanbul və digər şəhərlərdə keçirilən
əməliyyatlar zamanı 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9
ədəd narkotik tərkibli həb aşkarlanıb, saxlanılan şübhəlilərdən
26-sı həbs edilib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, iyunun 15-30-u tarixlərində ölkə daxilində və
beynəlxalq səviyyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olduğu müəyyən edilən cinayətkar qruplaşmalara, eləcə də
şəhərdə fəaliyyət göstərən küçə satıcılarına qarşı əməliyyatlar
keçirilib.
İstanbul, Tekirdağ, Gümüşhane və Kocaeli vilayətlərində
keçirilən əməliyyatlar zamanı 80 nəfər şübhəli saxlanılıb.
Əməliyyat zamanı 1 ton 45 kiloqram narkotik vasitə, 173 min 9 ədəd
narkotik tərkibli həb və 2 ədəd avtomatik silah götürülüb.
Şübhəlilər polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra
məhkəməyə çıxarılıb. Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri
seçilib. Digər 54 nəfərlə bağlı polis bölməsində prosedurların
davam etdiyi bildirilib.

