
Bakı. Trend:
“İmişli” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə İmişli Peşəkar Futbol Klubunun rəsmi “Facebook”
səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1
illik müqavilə imzalanıb.
O, UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və
U-21 yığmasında çalışıb.
Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında
komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə
qazanıb.

