İspaniya və Fransada rekord istilər 2 min nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

İspaniya və Fransada iyun ayında müşahidə olunan rekord istilər
nəticəsində 2 mindən çox ölüm qeydə alınıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, İspaniyanın Dövlət Meteorologiya Agentliyinin
proqnozuna əsasən, şənbə günündən etibarən ölkəyə isti və quru hava
kütləsi daxil olacaq. Gələn həftənin çərşənbə axşamı ölkənin
cənub-şərqində havanın temperaturunun 42-44 dərəcəyədək yüksələcəyi
gözlənilir. Yüksək temperaturun meşə yanğınları riskini artıracağı,
xüsusilə yaşlılar və ürək-damar xəstəliklərindən əziyyət çəkən
şəxslər üçün təhlükə yaradacağı qeyd olunub.




Məlumata görə, iyun ayında İspaniyada yüksək temperaturla
əlaqəli 1 029, Fransada isə təxminən 1 000 ölüm qeydə alınıb.

Alimlər isə Qərbi Avropada müşahidə olunan bu ekstremal
istilərin iqlim dəyişikliyi ilə bağlı olduğunu bildirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir