Dəməşqdə törədilən partlayışda ölənlərin sayı doqquza çatıb

Baş səhifə

Bakı. Trend:

Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında
törədilmiş partlayış nəticəsində həlak olanların sayı doqquza
çatıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş
bildirib.




Onun sözlərinə görə, terror aktı qurbanlarının sayı doqquza
çatıb, 20-dən çox insan yaralanıb.

Daha əvvəl bildirilmişdi ki, Ədliyyə Sarayının yaxınlığında,
Hicaz meydanındakı kafelərin birində bomba partladılıb. Dəməşqin
qubernatoru Mahir Mərvan İdlibinin sözlərinə görə, cinayətin
təşkilatçıları bu yolla iyulun 6-da Dəməşqdə keçirilməsi
planlaşdırılan Xalq Şurasının (Suriyanın yeni parlamenti) qarşıdan
gələn 1-ci iclasını nüfuzdan salmağa çalışıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir