İspaniyalı qapıçı dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib

Baş səhifə

Bakı. Trend:

İspaniya millisinin qapıçısı Unay Simon dünya çempionatlarının
tarixinə düşüb.

“Atletik”in oyunçusu mundiallarda ən uzun müddət qol buraxmayan
qolkiper olub.




DÇ-2026-nın 1/16 final mərhələsinin Avstriya ilə matçında (3:0)
qapısını toxunulmaz saxlayan Simon “quru dəqiqə”lərin sayını 519-a
çatdırıb. O, bu göstərici ilə İtaliya millisinin sabiq üzvü Valter
Zenqanı (517 dəqiqə) geridə qoyaraq yeni rekord
müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə ilə 1/8 finala yüksələn İspaniya
millisinin növbəti rəqibi Portuqaliya–Xorvatiya cütünün qalibi
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir