
Bakı. Trend:
Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların
sayı 2 min 595 nəfərə çatıb.
Bu barədə ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra
edən Delsi Rodriqes mətbuat konfransında bildirib.
“Bu günə olan məlumata görə, həlak olanların sayı 2 min 595
nəfərdir”, – deyə o qeyd edib.
Bununla yanaşı, Rodriqes itkin düşənlərin sayı ilə bağlı dəqiq
məlumat verməyib. Yerli KİV-in yaydığı qeyri-rəsmi məlumata əsasən,
itkin düşənlərin sayı təxminən 38 min 500 nəfərə çatır.

