
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir
oyunu keçirilib.
İsveçrə millisi Əlcəzair yığmasını sınağa çəkib. Vankuverdəki
“BC Pleys” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:0
hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 10-cu dəqiqədə Brel Embolo
və 46-cı dəqiqədə Dan Ndoye vurublar.
Bu qələbə ilə 1/8 finala vəsiqə qazanan İsveçrə millisi növbəti
mərhələdə Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş,
Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya və
Portuqaliya yığmaları 1/8 finala yüksəliblər.

