Bakıda ölümlə nəticələnən qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in əldə
etdiyi məlumata görə, hadisə iyulun 2-də baş verib.

Belə ki, Vəliyev Mahir Bilal oğlu idarə etdiyi “Toyota Prius”
markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə
avtomobil yolun sağ tərəfində yerləşən dəmir məhəccərə
çırpılıb.




Qəza nəticəsində sürücü Bilal Vəliyev aldığı xəsarətlərdən
hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman
qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir