DİN kiberdələduzu saxladı

Baş səhifə

Bakı. Trend:

Jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluq nəticəsində bank
kartından oğurlanan vəsaitin geri qaytarıldığını açıqlayıb.

Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

L.Ələşrəfqızı bildirib ki, Daxili İşlər Nazirliyinin
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı İsfəndiyar
Abbasov onunla əlaqə saxlayaraq kiberdələduzun saxlanıldığını və
göndərdiyi vəsaitin bank kartına geri qaytarıldığını deyib.




“Pulum kartıma geri qaytarıldı. Cinayətkarın kimliyini hələ
bilmirəm. Düşünürəm ki, istintaq çərçivəsində onunla üzləşmək
imkanım olacaq”, – deyə jurnalist paylaşımında qeyd edib.

L.Ələşrəfqızı həmçinin daxili işlər naziri, nazirliyin Mətbuat
xidmətinin rəisi və kibercinayətkarlıqla mübarizə sahəsində çalışan
polis əməkdaşlarına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, jurnalist bir gün əvvəl kiberdələduzluğun qurbanı
olduğunu açıqlamışdı. Onun sözlərinə görə, naməlum şəxs onun
tanışının adından yaradılmış saxta “Telegram” hesabı vasitəsilə
onun etibarından istifadə edərək ümumilikdə 600 manat vəsaiti ələ
keçirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir