Moldovanın Baş naziri istefa verib

Baş səhifə

Bakı.Trend:

Moldovanın Baş naziri Aleksandr Muntyanu prinsiplərinə və
əqidəsinə uyğun fəaliyyət göstərə bilmədiyini əsas gətirərək istefa
verdiyini açıqlayıb.

O bu barədə özünün “Facebook” sosial şəbəkəsindəki hesabında
yazıb.




“Bu gün Baş nazir kimi səlahiyyətlərimi başa vururam. Baş nazir
olmaq təklifini böyük məsuliyyət hissi və ölkədə müsbət
dəyişikliklərə töhfə verə biləcəyimə dair qəti inamla qəbul
etmişdim. Lakin mandatımı artıq sadiq qaldığım prinsiplərə və
əqidəmə uyğun şəkildə icra edə bilməyəcəyimi anladığım anda getməyə
qərar verdim”, – deyə Muntyanu paylaşımda bildirib.

Qeyd edək ki, Moldovada qaz və elektrik enerjisinin yüksək
qiymətləri fonunda iqtisadi böhran yaşanır. Mövcud vəziyyət
vaxtaşırı etiraz aksiyalarına səbəb olur. Müxalifət yaranmış
böhrana görə məsuliyyəti Rusiya ilə qarşıdurma siyasəti yürüdən
qərbyönlü hökumətin üzərinə qoyur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir