
Ucarda Birinci Qarabağ müharibəsi şəhidi son mənzilə yola salınıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin kimi hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Musayev Dəyanət Salik oğlu rayonun Boyat kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Ucar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, sakinlər və media nümayəndələri iştirak ediblər. Şəhidimiz 1973-cü ildə Ucar rayonun Boyat kəndində dünyaya göz açıb.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.
Vida mərasimindən sonra şəhid Boyat kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Bayrağı təqdim edilib.
Xatırladaq ki, şəhid D.Musayev 1994-cü ildə Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşmüşdü.
Davud Tarverdiyev / Metbuat.az

