Spiker olmaqdan imtina etdi

Baş səhifə

Ermənistanın ABŞ-dakı sabiq səfiri, Baş nazir Nikol Paşinyanın baş müşaviri Lilit Makunts parlamentin sədri vəzifəsinə mümkün təyinatdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Makuntsun bu qərarı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin narazılığı ilə bağlıdır. Partiya daxilində hesab edilib ki, uzun illər parlamentdə çalışan deputatlar olduğu halda, əvvəllər ABŞ-da səfir kimi fəaliyyət göstərən Makuntsun spiker postuna gətirilməsi düzgün olmazdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir