
Bakı.Trend:
Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində 113
nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı
avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat
xidmətindən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar 1 iyul
2026-cı il saat 10:30 radələrində 11 nəfər (5 qadın və 6 kişi)
Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə
zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş
qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə
buraxılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis
mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, hadisə 1
iyul 2026-cı il saat 09:30 radələrində Suraxanı rayonunun Əmircan
qəsəbəsində qeydə alınıb.
Onun sözlərinə görə, qəza nəticəsində Kazımov Əli Əzim oğlu
xəsarət alıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində
araşdırma aparılır.

