​Daha bir şəhidimizlə vida mərasimi keçirilir

Baş səhifə

Daha bir şəhidimizlə vida mərasimi keçirilir.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilir. Mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidimizin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Rauf Əhmədov 1969 cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüç yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak esib. Sonuncu döyüşü 1993 cü ildə Ağdərə istiqamətində olub. Və, orada itkin düşüb. İtkin düşən zaman şəhidimizin 24 yaşı olub.

R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbristanlığında torpağa tapşırılacaq.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir