KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub

Baş səhifə

ABŞ-ın müharibə naziri Pit Heqset ötən ay Brüsseldə NATO-nun hərbi rəhbərliyi ilə görüşməyi və ABŞ-ın Avropada hərbi qüvvələrinin sayını azaldacağını elan etməyi planlaşdırıb.

Bu barədə “The Wall Street Journal”da yayımlanan yazıda bildirilib.

Yazıda qeyd olunub ki, Heqsetin Avropada ABŞ qoşunlarının sayını azaltmaq planına ABŞ dövlət katibi Marko Rubio və Tramp administrasiyasının digər rəsmiləri mane olub.

Heqset bundan sonra ABŞ-ın regionda hərbi qüvvələrinin vəziyyətinin nəzərdən keçiriləcəyini deməklə kifayətlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir