
Bakı.Trend:
Fransada anomal istilər fonunda iyunun 22-dən 28-dək 2 mindən
çox ölüm halı qeydə alınıb.
Bu barədə iyulun 3-də Fransanın Milli İctimai Səhiyyə Agentliyi
(Santé publique France) məlumat yayıb.
Agentliyin elektron məlumat bazasına əsasən, göstərilən həftə
ərzində Fransada bütün yaş qrupları üzrə ümumilikdə 8 973 ölüm halı
qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, iyunun 15-dən 21-dək olan
əvvəlki həftədə bu göstərici 6 948 nəfər təşkil edib. Beləliklə,
cəmi bir həftə ərzində ölüm sayı 29,1 faiz və ya 2 025 nəfər
artıb.
Ölüm hallarındakı əsas artım 45 yaşdan yuxarı əhali arasında
müşahidə olunub. Bu yaş kateqoriyasında ölüm göstəricisi 29,7 faiz
və ya təxminən 2 001 nəfər artıb. Ölənlərin sayı bütün məkanlarda –
yaşayış evlərində, qocalar evlərində və xəstəxanalarda
yüksəlib.
Ölüm hallarının artımı Fransanın demək olar ki, bütün
regionlarını əhatə edib.

